Sərhəddə keçirilən görüş, Azərbaycana qarşı qərəz, gecikən sülhün Ermənistana təsirləri - Deputatla MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Sərhəddə keçirilən görüş, Azərbaycana qarşı qərəz, gecikən sülhün Ermənistana təsirləri - Deputatla MÜSAHİBƏ

Qafar Ağayev17:40 - 02 / 12 / 2023
Sərhəddə keçirilən görüş, Azərbaycana qarşı qərəz, gecikən sülhün Ermənistana təsirləri - Deputatla MÜSAHİBƏ

30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

Qeyd olunub ki, bundan sonra da belə görüş keçiriləcək.

Keçirilən bu görüşlər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına necə təsir edəcək?

1news.az bu və digər məsələlərlə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyevdən müsahibə alıb.

Müsahibəni təqdim edirik:

- Bildiyimiz kimi Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü keçirildi. Sərhəddə keçirilən bu görüşlərdən hansısa önəmli nəticələr əldə oluna bilərmi?

- Bütün potensial nəticələr ilk növbədə məhz qarşılıqlı görüşlər və müzakirələr nəticəsində əldə olunur. Ona görə də Azərbaycan bütün müzakirələrə və xüsusilə iki ölkə arasında birbaşa aparılan müzakirələrə müsbət yanaşır. Lakin bu heç də o demək deyil ki, bir, iki görüşdə sərhəd məsələləri həll oluna bilər. Bir qayda olaraq qonşu ölkələr arasında sərhədlərin delimitasiya və demarkasiyası uzun sürən bir prosesdir. Ona görə də bu günlərdə sərhəd bölgəsində keçirilən görüşdən dərhal nəzərə çarpan bir nəticə gözləntimiz yoxdur. Azərbaycan və Ermənistanın sərhəd məsələləri üzrə işçi komissiyalarının ikitərəfli görüşünü bu proseslərin başlanğıc nöqtəsi hesab etmək daha doğru olardı.

- Bütün dünya gördü ki, ermənilərin talan etdiyi şəhər və rayonlarımızı sürətlə bərpa edirik. Ancaq müşahidə etsək, görərik ki, xüsusilə Azərbaycanın torpaqlarını azad etdiyindən sonra bəzi böyük dövlətlər Azərbaycana qarşı aqressiv münasibət sərgiləyir, qərəzli addımlar atır. Bu nə ilə bağlıdır?

- Vətən Müharibəsindən sonrakı dövrdə bölgəmizdə yaranmış yeni reaallıqlar şəraitində böyük dövlətlər tərəfindən sərgilənən münasibət onu göstərir ki, dünyanın güc mərkəzləri Qarabağ münaqişəsinin həll olunmasında və ədalətin bərqərar olunmasında maraqlı deyildilər. Azərbaycanla Ermənistan arasında ziddiyyətlərin tam şəkildə və birdəfəlik aradan qalxması onların bölgədə baş verən hadisələrə müdaxilə etmək imkanını da aradan qaldırır. Bu isə onların bölgə dövlətlərini özlərindən asılı vəziyyətdə saxlamaq istəyinə sədd çəkir. Ona görə də böyük güc mərkəzləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır və hələ çalışacaqlar.

- Azərbaycan Vətən Müharibəsindən sonra Ermənistana sülhlə bağlı təkliflərini verib. Ancaq Ermənistan hələ də sülhlə bağlı real addımlar atmaqda maraqlı deyil. Sülh prosesini uzatmaq Ermənistan üçün nə ilə nəticələnə bilər?

- Ermənistan dövlət kimi mövcud olduğu son bir əsrdə heç zaman müstəqil siyasət yürütmək iqtidarında olmayıb. SSRİ-nin süqutundan sonra sözdə müstəqillik əldə etsə də yenə metropoliya mərkəzinin təlimatları ilə idarə olunub. Ölkənin bugünkü acınacaqlı vəziyyətə düşməsinin də yeganə ilkin səbəbi məhz budur. İndiki şəraitdə də Ermənistan siyasi elitasında müstəqil dövlət quruculuğu ilə bağlı aydın və birmənalı təsəvvürlər yox dərəcəsindədir. Ona görə də Ermənistan hakimiyyəti kənardan və xüsusilə böyük güc mərkəzlərini təmsil edən dövlətlərdən gələn yanlış siqnallara maraq göstərir və çıxış yolunu onların bizim bölgəmizdə aparmaq istədiyi dağıdıcı siyasətə qulluq etməkdə axtarır. Bu isə Ermənistanın növbəti dəfə yeni bir müstəmləkəçinin caynağına keçməsi ilə nəticələnə bilər. Belə olarsa, Ermənistanın yenə də bölgədən kənar hər hansı bir güc mərkəzinin Cənubi Qafqazdakı vassalına çevrilməsi qaçılmaz olacaq.

Paylaş:
2609

Sizin üçün xəbərlər

Son xəbərlər

Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25
Bütün xəbərlər